Mobil versiya
“Moody’s” Azərbaycanın maliyyə islahatlarını müsbət qiymətləndirdi
Tarix: 11-10-2019, 17:01 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

“Moody’s” Azərbaycanın maliyyə islahatlarını müsbət qiymətləndirdi


“Moody’s” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib.
Azvision.az xəbər verir ki, hesabata görə, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlib.

Böyük həcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Moody’s” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilib.

Həmçinin hesabatda qeyd edilib ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər.

“Moody’s” agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət trend kimi qeyd edib. Agentliyin qiymətləndirməsinə əsasən fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır.

Qeyd edək ki, “Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorunda aparılan islahatlar barədə mütəmadi olaraq qiymətləndirmə aparır və agentliyin daha əvvəl açıqladığı hesabatında hökumətin problemli kreditlərin həlli istiqamətində təşəbbüsü yüksək qiymətləndirir.


aia.az



554 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031