Mobil versiya
Övladlığa götürmə ilə bağlı yeni model
Tarix: 11-10-2019, 17:00 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Övladlığa götürmə ilə bağlı yeni model


"Əvvəllər övladlığa götürmə zamanı daha çox valideynin mənafeyi nəzərə alınırdı. Amma yeni modeldə uşağın mənafeyi əsas götürüləcək".
Azvision.az xəbər verir ki, bunu DOST Agentliyində keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, ötən ildən üzərində çalışılan övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistemdə bu model nəzərdən keçirilib.

"Yeni modelin üstün cəhəti budur ki, gələcək valideynlərlə müsahibələr ediləcək, onlar təlimlərə cəlb olunacaq. Hətta həmin valideyn namizədlər sosial müəssisələrə gedərək uşaqları ziyarət edəcəklər və uyğunlaşma prosesi gedəcək. Ondan sonra uşaq 3 aylıq həmin ailəyə veriləcək. Sosial cəhətdən qiymətləndirmə aparılacaq, əgər o ailə uşağı götürməyə hazırdısa, rəy əsasında məhkəməyə müraciət ediləcək".

Nazir müavini bildirib ki, əvvəllər sağlamlıq imkanları məhdud olan uşaqları övladlığa götürməyə maraq yox idi:

"Təxminən 1500 belə uşaq valideynlərdən məhrum olunub və onlar gələcəkdə övladlığa götürülə bilər. Amma statistikaya nəzər salsaq son 3 il ərzində övladlığa götürmə ilə bağlı faiz çox aşağıdır. Bütün bunları nəzərə alaraq sistemin çatışmazlıqlarını bir daha nəzərdən keçirdik. Bu məsələ artıq Milli Məclisdə də müzakirəyə çıxarılıb. Övladlığa götürmə ilə bağlı vətəndaşların işini asanlaşdırmağa çalışırıq. Düşünürük ki, noyabrın 1-dən artıq övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistem tətbiq olunacaq".



aia.az



5100 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031