Mobil versiya
Şəki – idmanın inkişafı hər zaman diqqət mərkəzindədir
Tarix: 11-10-2019 | Saat: 14:13
Bölmə:Manşet / İdman / Seçilənlər-1 | çapa göndər

Şəki – idmanın inkişafı hər zaman diqqət mərkəzindədir




Vüqar İskəndərovun rəhbərlik etdiyi Şəki Şəhər Gənclər və İdman İdarəsinin fəaliyyəti bu sahədə yürüdülən dövlət siyasətinin tələblərinə tam uyğundur

Birmənalı olaraq demək olar ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən illər ərzində ölkəmizdə bütün digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Bu gün artıq Azərbaycan ən müxtəlif idman növləri üzrə mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində bu gün Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və hətta planetin əsas idman mərkəzlərindən biri kimi çıxış edir. Bu gün ölkəmizin ən müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlara, Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi artıq adi bir hala çevrilmişdir. Öz növbəsində idmançılarımız da getdikcə daha çox beynəlxalq yarışlarda yüksək nəticələr əldə edərək dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Qazanılan uğurlarda Gənclər və İdman Nazirliyinin müstəsna rolu var

[


Əlbəttə ki, bütün bu uğurlar birmənalı olaraq, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının nəticələridir. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan idmanının həqiqətən də dünya səviyyəsində böyük şöhrət qazanmasında, ölkəmizdə ən müxtəlif, hətta əvvəllər ənənəvi hesab olunmayan bir çox idman növlərinin təşəkkül tapmasında və inkişafında bir dövlət qurumu olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də müstəsna rolu vardır. Məhz ulu öndər Heydər Əliyevin1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərmanı imzalamasından sonra, Azərbaycanda idmanın inkişafında tamamilə yeni perspektivlər açıldı. Həmin il müasir müstəqil Azərbaycan idmanın, bədən tərbiyəsinin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi. Ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsini və idmanı daha da inkişaf etdirmək, bu sahədə yüksək nailiyyətlər qazanmaq, güclü idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyuldu. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Azərbaycan idmanı öz inkişafının tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qalxıb.

Dövlət qayğısı inkişafın əsas təminatçısıdır



Tam səmimi olaraq demək olar ki, bu gün Azərbaycan əksər sahələrdə bir çox digər dünya ölkələri üçün əsl nümunədir. O cümlədən Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri bir çox ölkələr öz təcrübələrində tətbiq edirlər. Bu gün Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır. Hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur. Belə yarışların keçirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər turnirlərə verdiyi yüksək qiymətin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti müstəqil Azərbaycanda güclü idman potensialının formalaşmasına səbəb olub. Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət müsbət nəticələr verməkdə davam edir. Ölkəmizdə bədən tərbiyəsi və idman ictimai həyatın ayrılmaz tərkib hissəsi olub. Azərbaycan həm idman sahəsində qazanılan uğurlar, həm ən müasir idman infrastrukturu yaradılması, həm də mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ailəsinin nüfuzlu üzvünə çevrilib.

GİN-in struktur bölmələri səmərəli fəaliyyət göstərir

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində ölkənin Gənclər və İdman Nazirliyinin müstəsna rolu vardır. O cümlədən nazirliyin tabeliyində fəaliyyət göstərən şəhər və rayon gənclər və idman idarələrinin də fəaliyyətini heç bir halda diqqətdən kənarda qoymaq olmaz. O cümlədən, özünün effektiv fəaliyyətilə diqqəti cəlb edən belə qurumlardan biri də Vüqar İskəndərovun rəhbərlik etdiyi Şəki şəhər Gənclər və İdman İdarəsidir.



Bir həqiqətdir ki, ölkədə idmanın inkişafı təkcə peşəkar idmançıların böyük uğurları ilə müəyyən edilmir. Əksinə, idmanın maksimum kütləviləşdirilməsi, bu sahəyə ümumxalq marağının daha da artırılması, uşaq, gənc və yeniyetmələr arasında, orta məktəblərdə və digər təhsil müəssisələrində müxtəlif yarışların mütəmadi təşkil olunması gələcək qələbələrin əsasını qoyan zəruri tədbirlər kimi qeyd olunmalıdır. Məhz bu baxımdan da Şəki şəhər Gənclər və İdman İdarəsinin işi xüsusi diqqətə layiqdir. Bunu da qeyd etmək lazımdır ki, Vüqar İskəndərovun rəhbərlik etdiyi qurumun fəaliyyəti sadəcə idmanın təbliği və inkişafı kimi məsələlərlə məhdudlaşmır. Belə ki, İdarə ümumiyyətlə bölgənin ictimai-siyasi həyatında fəal iştirak edir. Xüsusən də Şəki şəhər Gənclər və İdman İdarəsi tez-tez uşaq və gənclərlə bağlı tədbirlərin təşkilatçısı və aktiv iştirakçısı kimi çıxış edir. Elə 30 sentyabr 2019-cu il tarixində də növbəti belə bir tədbir keçirilmişdir. Həmin gün Şəki şəhər Gənclər və İdman İdarəsi Şəki ərazisində yerləşən Laçın, Ağdam, Xocalı qaçqın və məcburi köçkün məktəblərinin uşaqları ilə görüş keçirmişdir. Görüşdə uşaqlara dərs ləvazimatları hədiyyə olunmuşdur.




Qeyd etmək lazımdır ki, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərovun fəaliyyəti dövlətimiz tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Belə ki, Vüqar müəllim bu il artıq ikinci dəfə dövlət mükafatı ilə təltif olunmuşdur. Bir müddət bundan əvvəl Vüqar İskəndərov dövlət başçısının sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə, sentyabrın 2-də isə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı ilə təltif olunub. Biz də bu yüksək mükafatlar münasibətilə Vüqar müəllimi səmimi qəlbdən təbrik edir, ona öz şərəfli peşəsində yeni-yeni nailiyyətlər arzulayırıq.

aia.az
Orxan Həsənov
Tural Musayev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024