Mobil versiya
Fuad Qəhrəmanlı qızlarından imtina etdi
Tarix: 11-10-2019 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fuad Qəhrəmanlı qızlarından imtina etdi


Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.

aia.az yenicag.az-a istinadən xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili, ümumiyyətlə, prosesə qatılmayıb. Oktyabrın 17-si, saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir.

Zümrüd Yağmurun vəkili bildirib ki, Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib və son olaylardan sonra həyat yoldaşını və qızı Sənayı yaşadığı evdən qovub. O bildirib ki, Selcan Yağmurun məlum status və video müraciətindən sonra F.Qəhrəmanlı hər iki qızından da imtina edib.

Vəkilin sözlərinə görə, Zümrüd Yağmur F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldıracaq: "Bununla bağlı məhkəməyə ayrıca müraciətimiz olacaq. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar".

Məhkəmə prosesində iştirak edən jurnalistlərin zaldan çıxarılmasını və məhkəmənin qapalı keçirilməsini tələb edən vəkil bundan sonra hakimin heç bir suallarına cavab verməyib. Hətta bir qədər də irəli gedərək, "Necə istəyirsiniz qərar çıxarın, istəyirsiniz Sənayı yetimlər evinə verin" deyərək, prosesin sonunu gözləmədən zalı yarımçıq tərk edib.

Məhkəmə zamanı diqqətçəkən məqamlardan biri həm özü, həm də azyaşlı qızları ağır şiddətə və qeyri-insani rəftara məruz qaldığı halda Zümrüd Yağmurun baş verənləri ictimaiyyətdən gizlətmək istəyi olub. Qadın qüruru bu dəfə də öz sözünü deyib və vəkili vasitəsilə "İstəyirsiniz Sənayı yetimlər evinə verin" deyərək, yenidən ailəsinin nüfuzunu qorumağa çalışıb. "Bu Zümrüdün ailə problemidir, ictimailəşməsini istəmir" deyən vəkilin sözlərindən çıxan məntiqi nəticə budur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024