Mobil versiya
Ölkədə gecə reyslərinə yeni istiqamətlər əlavə olunub (FOTO)
Tarix: 10-10-2019 | Saat: 11:20
Bölmə:Ölkə | çapa göndər

Ölkədə gecə reyslərinə yeni istiqamətlər əlavə olunub

Gecə reyslərinə yeni istiqamətlər əlavə olunub.

Bu barədə aia.az-a Bakı Beynəlxaq Avtovağzal Kompleksindən (BBAK) bildiriblər. Qeyd olunur ki, 18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək.

Qeyd olunan yeni reyslərin vaxtı isə belədir:

Bakı - Mingəçevir - 23:30,

Mingəçevir - Bakı - 01:00,

Bakı - Şəki - 23:30,

Şəki - Bakı - 23:30.

Biletlər bu gündən satışdadır.

Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə