Mobil versiya
“Əli Kərimli üçün müqəddəs heç nə yoxdur” - Partiya sədri
Tarix: 09-10-2019 | Saat: 19:49
Bölmə:Siyasət | çapa göndər

“Əli Kərimli üçün müqəddəs heç nə yoxdur” -


“Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin Milli Şura adlı radikal qrupuna piket keçirmək üçün icazə versə də, onlar əvvəlcədən öyrədilmiş, xüsusi təlimatlandırılmış adamlar vasitəsilə polislə qarşıdurma yaratmağa cəhd etdilər. Ancaq polislərimiz özlərini son dərəcə təmkinli apardılar və təxribatlara getmədilər. Bir neçə nəfər buna cəhd etdi və onların qarşısı alındı”.

Bunu Azvision.az -a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Milli Şuranın ötən gün keçirilən piketinə münasibət bildirərkən deyib.

Partiya sədri vurğulayıb ki, özləri piketi uğurlu adlandırsalar da, əslinə növbəti dəfə fiaskoya uğrayıblar: “Çox zəif təşkil olunmuş bir piket keçirdilər. Bunu sübut edən bir faktı qeyd edim. Deməli, onlar o qədər zəif təşkilatlanmışdılar ki, piketin Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilməli möhürlü qətnaməsini ofisdə qoyub gəlmişdilər”.

F.Ağamalı bildirib ki, ötən gün AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı başqa bir funksiya yerinə yetirib: “Dünən saat 17:05-də ekrana Fuad Qəhrəmanlı çıxdı. O, qarışıqlıq yaratmağa çalışırdı. Görünən odur ki, onlar Azərbaycanda xaos yaratmaq istəyirlər. Ölkəni anarxiyaya sürükləmək niyətindədirlər. Bu adamlarda dövlət üçün müqəddəs hesab olunan heç bir anlayış yoxdur. Dövlətçilik onlar üçün heç nədir, xaricdən sifarişlə idarə olunurlar. Ssenariləri ölkə xaricində qurulur və onlara təqdim olunur. Bunlar da həmin ssenari əsasında hərəkət edirlər və bu fəaliyyətin drijoru Əli Kərimlidir. Bir vətəndaş, partiya sədri və millət vəkili kimi vətəndaşlarımıza çağırış edirəm ki, onların avantürasına getməsinlər”.

Partiya sədri qeyd edib ki, bu qruplaşma üçün müqəddəs heç nə yoxdur: “Əli Kərimli deyir ki, övladlarımızın gələcəyini fikirləşməliyik. Axı onun övladlarının 2-si Londonda, 1-i ABŞ-da yaşayır. Fuad Qəhrəmanlının övladlarına münasibəti hər kəsə bəllidir. Övladlarını kənarda yerləşdirib, bu addan siyasi alver vasitəsi kimi istifadə edirlər. Ötən gün keçirilən piketdə Əli Kərimli görünmədi. Onu yaxşı tanıyan biri kimi deyə bilərəm ki, kifayət qədər cəsarətsiz və qorxağın biridir. Heç zaman ən ciddi, ən çətin məqamlarda tərəfdarları ilə bərabər olmayacaq. Bu birmənalıdır. Belə bir adamın avantürasına uymaq təhlükəli və yolverilməzdir. Ona görə soydaşlarımız bunu nəzərə almalıdırlar”.

Millət vəkili əlavə edib ki, növbəti siyasi aksiyalarda hər hansı zorakılığa yol versələr, onlara güzəşt olunmamalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024