Mobil versiya
Gürcüstan və Rusiya arasında aviareyslər bərpa olunur
Tarix: 08-10-2019 | Saat: 13:06
Bölmə:Dünya | çapa göndər

Gürcüstan və Rusiya arasında aviareyslər bərpa olunur


Gürcüstan və Rusiya arasında birbaşa aviareyslərin yaxın altı ay ərzində bərpa olunacağı gözlənilir.

Azvision.az "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyinin direktoru Giorgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, Rusiyadan uçuşların azaldılması onlara böyük ziyan vurub: “Lakin, eyni zamanda Avropa İttifaqı istiqamətində uçuşlar artıb. Rusiya ilə aviareyslərin bərpası barədə dəqiq tarix deyə bilməsək də, bu, altı ay ərzində mümkündür”.

Çoqovadze Kutaisi Beynəlxalq Hava Limanını Avropa istiqamətində işləyəcək və yalnız Gürcüstan deyil, həmçinin Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya vətəndaşlarına xidmət edəcək aşağıbüdcəli bir mərkəzə çevirmək üçün konsepsiya hazırlandığını qeyd edib. O əlavə edib ki, Kutaisidən Avropanın onlarla istiqamətinə uçuş etmək mümkün olacaq.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Gürcüstana uçuşların bərpa olunacağını demişdi.

Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bu ilin 8 iyulundan etibarən dayandırılıb. Rusiya prezidenti Vladimir Putin Tbilisidə anti-Rusiya aksiyaları fonunda belə bir qərar qəbul edib. Anti-Rusiya aksiyalarına səbəb 20 iyun tarixində Rusiya Dövlət Dumasının deputatı, Kommunist Partiyasının üzvü Sergey Qavrilovun Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyasını Gürcüstan parlament sədrinin kreslosunda əyləşərək idarə etməsi olub. Müxalifət partiyalarının nümayəndələri bu duruma etiraz ediblər və bunun gürcü xalqı üçün utancverici olduğunu bildiriblər. Bundan sonra Gürcüstanı etiraz dalğası bürüyüb və etirazlar iğtişaşlara çevrilib, 200-dən çox insan yaralanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024