Mobil versiya
Zəhra Abdullayeva ilə “Xarici dil öyrənməyin asan yolları”
Tarix: 08-10-2019 | Saat: 12:30
Bölmə:Təhsil | çapa göndər

Zəhra Abdullayeva ilə “Xarici dil öyrənməyin asan yolları”


Müasir cəmiyyətin həyatında bir çox problemlər dünya qloballaşma prossesləri ilə sıx əlaqədədir. Qloballaşma əhalini ələxsus da gəncləri bəzən uzaq ölkələrdə yaşayan öz həmyaşıdları ilə rəqabət aparmağa məcbur edir.Hər gün daha çox gənclər artıq erkən yaşlarında öz akademik nailiyyətlərini nümayiş etdirmək ehtiyacı duyurlar. Vaxtında rəqabət üstünlüyü ala bilməyən gənclər onların valideynlərinin mövqeyindən və ya dövlət dəstəyi sistemindən asılı olmayaraq əmək bazarında layiqli yer axtarışı zamanı müəyyən çətinliklərlə rastlaşırlar.

Gənclər arasındakı bu rəqabətdə isə əsas meyarlardan bili dil bilikləri hesab edilir. Əgər 2000-ci illərin əvvəllərində ingilis dili biliyi bir üstünlük edilirdisə, artıq günümüzdə bu dil cəmiyyət arasında bir zərurət halını alıb. İstər təhsil, istərsə də iş həyatında ingilis dili biliyi artıq vacib hal kimi qəbul edilib. Elə məhz buna görədir ki, ingilis dilinin öyrənilməsinə maraq gün-gündən artır və bununla bərabər də əlbətdəki bu dili tədris edən kursların da sayı dayanmadan artmağa davam edir. Belə olan halda qaçılmazdır ki, keyfiyyətli və düzgün metodika ilə tədrisin aparılması hər zaman da uğurla nəticələnmir. Bəs düzgün tədris metodikasının hansı olduğunu necə müəyyən etmək olar?

Elə məhz 05.10.2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin "Dil və Tərcümə Xidmətləri Mərkəzi” və "Elm və Təhsil Departamenti” ilə birgə təşkil etdiyimiz "Xarici dili öyrənməyin asan yolları” adlı təlimimizdə iştirakçıların bu suallarına tam aydın şəkildə cavablandırmağa çalışdıq. Artıq uzun müdddətdir tətbiq etdiyimiz "Step by Step” adlı metodika ilə iştirakçılara ingilis dilində akademik yazı, speaking problemlərinin aradan qaldırılması, soz bazasının artırılmasının asan yolları, ingilis dilində hər hansı bir materialı dinləyərkən ən əsas hansı nüanslara fikir verilməsi, "İELTS” beynəlxalq sertifikatı haqda çox geniş məlumatlar verildi. Təlim zamanı ingiliscə danişmaq istəyən lakin müəyyən problemlərlə qarşılaşan iştirakçıların probbblemlərinə nəzər yetirib onları maraqlandıran suallara cavab verib doğru istiqamətləndirilmələri üçün məsləhətlər də verildi.
İştirakçılara düzgün metodikanın tətbiq edildiyi halda ingilis dili öyrənməyin heç də çətin olmadığı, "step by step” metodu ilə məqsədə çatmağın asan yolları başa salındı və həvəsləndirici məsləhətlər verildi.

Təlimin sonunda Azərbaycan Dillər Universitetinin "Dil və Təcümə Xidmətləri Mərkəzinin” direktor müavini Orxan Həsənov da artıq bir ildir mərkəzdə tətbiq etdiyimiz "step by step” metodunun üstünlüklərindən və bu metodla uğur əldə edən tələbələrdən danışdı.
Mən də öz növbəmdə xarici dilin tədrisində gənclərə hər zaman dəstək olan başda Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev olmaqla əməkdaşlıq etdiyim "Dil və Tərcümə Xidmətləri Mərkəzinin” bütün heyətinə təşəkkür edirəm.


Zəhra Abdullayeva
İngilis dili təlimçisi.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024