Mobil versiya
FHN: “Binə”də mağazalar 2500 kvadratmetr sahədə yanıb
Tarix: 8-10-2019, 11:27 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

FHN:


Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə" ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, oktyabrın 8-də saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Qaradağ rayonu, Binə bazarında yanğının baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb və “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 texnika, mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 texnika cəlb olunub.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı mağazalar və içərisində olan mallar, təqribən 2500 kvadratmetr sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



545 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-10-2019
15-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031