Mobil versiya
AZƏRBAYCAN PREZİDENTİNİN BƏYANATI İŞĞALÇI ERMƏNİSTAN RƏHBƏRLİYİNƏ YERİNDƏ VERİLMİŞ TUTARLI CAVABDIR - FOTOLAR
Tarix: 7-10-2019, 18:14 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

AZƏRBAYCAN PREZİDENTİNİN BƏYANATI İŞĞALÇI ERMƏNİSTAN RƏHBƏRLİYİNƏ YERİNDƏ VERİLMİŞ TUTARLI CAVABDIR



Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına cavab olaraq onu yalan adlandırması və Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu vurğulaması cəsarətli, beynəlxalq hüququn normalarına əsaslanan çıxış idi. Milli maraqlara əsaslanan bu bəyanat işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab idi. “Qarabağ Azərbaycandır və nida” cavabı qarşı tərəfi kəsərli qılınc kimi kəsərək onların məkrli niyyət və planlarını puç etdi. Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər Gəncə Dövlət Universitetində keçirilən tədbirdə söylənilib.
Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, əsassız ittiham, yalan uydurmaq, böhtan danışmaq Ermənistan siyasətçiləri üçün davranış normasıdır.

Prorektor vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan hərtərəfli inkişaf edir. Ermənistan tərəfi reallıqla barışmalı, Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməlidir. Əks təqdirdə, Soçi zərbəsinin başqa variantları ilə qarşılaşmalı olacaq.

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, Prezident İlham Əliyevin Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı və mühüm mesajlar verməsi həqiqətlərimizin təbliği və ölkəmizin milli maraqlarının müdafiə edilməsi istiqamətində kifayət qədər yüksək qiymətləndirilir. Dövlətimizin başçısı bütün beynəlxalq tribunalardan hər zaman Azərbaycanın gələcək strateji hədəflərini bəyan edir, milli maraqlarımızı qətiyyətlə qoruyur. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında da əsas mövzu bu istiqamətdə olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, işğal faktından və onun acı nəticələrindən bəhs edib. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxışı zamanı Paşinyanın da layiqli cavabını verib: “Möhtərəm Prezidentimiz Ermənistan baş naziri Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu xüsusi olaraq diqqətə çatdırıb “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə sərt cavab verib. Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır. Hər kəs bir daha bilməlidir ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və gec-tez bu qədim torpaqlarımız işğaldan azad olunacaq, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edəcək”.

Tədbirdə çıxış edən Tarix-coğrafiya kafedrasının müəllimləri, AHİK-in sədri və tələbələr Azərbaycan Respublikasının Prezidenti “Valday” beynəlxalq toplantısında çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri və Ermənistan tərəfinin əsassız iddialarına cavabı tam aydın və konkret şəkildə ifadə etdiyini bildiriblər. Ermənistan tərəfinin tez-tez səsləndirdiyi və guya ki, Dağlıq Qarabağın sovet dövründə Azərbaycana verilməsi ilə bağlı tamamilə yalan bəyanatlarına cavab olaraq, Bolşevik partiyasının Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına istinad edilərək, burada Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verildiyi, ermənilərin yalandan iddia etdiyi kimi, heç də “Dağlıq Qarabağın Azərbaycana verilməsi” ifadəsinin işlədilmədiyi qeyd olundu. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olması, ölkəmizin ayrılmaz hissəsi olması ilə bağlı tam həqiqət dövlətimizin başçısı tərəfindən qəti şəkildə ifadə edildi.

Ermənistan siyasi rəhbərliyinin son zamanlar münaqişənin həlli üzrə yeni formula kəşfi kimi qələmə verməyə çalışması, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi ilə əlaqədar qeyd etmək istərdik ki, dövlətimizin başçısı tərəfindən “Dağlıq Qarabağ xalqı” anlayışının olmadığı, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin olduğu tam əsaslı şəkildə “Valday” beynəlxalq forumunda vurğulandı.
Bildirilib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun aktı, beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

İqtisadi tərəqqiyə əsaslanan güclü, qüdrətli ordumuz, diplomatik mübarizədə qələbəmiz yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.

Sonda tələbələr Ermənistan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktların beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün səfərbər olacaqlarını bildiriblər.

aia.az















5177 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-10-2019
15-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031