Mobil versiya
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb
Tarix: 07-10-2019 | Saat: 14:36
Bölmə:Cəmiyyət | çapa göndər

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ- 2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda ön panelin iç hissəsində 1920 ədəd "King Nano Charge 4", 400 ədəd "King Nano Charge 1" və 100 ədəd "King Compact" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024