Mobil versiya
Deputat: Ermənilərin dinc Azərbaycan sakinini qətlə yetirməsi danışıqları pozmaq üçün növbəti təxribatdır
Tarix: 4-10-2019, 14:36 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Ermənilərin Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­run sürücüsünü qətlə yetirməsi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində danışıqları pozmaq üçün növbəti təxribatdır.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Ermənistan tərəfi daim bu cür təxribatlara əl atır: “Artıq Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları dünya siyasətçilərinin də qəzəbinə səbəb olur. Onlar da yaxşı başa düşürlər ki, bu kimi təxribatlar münaqişənin dinc yolla həllinə mənfi təsir göstərir. Ona görə də siyasətçilər də artıq Paşinyanın bu hərəkətlərinə qarşı çıxırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyanın sərsəm bəyanatları haqqında bildirib ki, Ermənistan tərəfi konkret olaraq danışıqlar prosesinə mənfi təsir göstərir. Bu, eyni zamanda Azərbaycan diplomatiyasının da uğurudur ki, artıq böyük dövlətlər Ermənistanın bu hərəkətlərinə qarşı çıxırlar. Bu, həmçinin Ermənistan tərəfinə bir mesajdır ki, gələcəkdə bu təxribatlardan əl çəksin”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın çox qüdrətli ordusu formalaşıb: “Əgər Ermənistan tərəfi təxribatlara yol verməkdə davam edəcəksə, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hər zaman ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində ciddi addımlar ata bilər”.

Xatırladaq ki, ötən gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutulub. Nə­­ti­cə­də ekskavatorun sürücüsü - mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunub, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

aia.az



593 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031