Mobil versiya
Baş Prokuror: Həyata keçirilən islahatlar vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək
Tarix: 04-10-2019 | Saat: 11:58
Bölmə:Manşet / Gündəm | çapa göndər

Baş Prokuror:


Son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Trend-in məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Z.Qaralov bildirib ki, ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, yeni mərhələnin başlanmasına şərait yaradıb: “Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun işinin müasir dövrün tələbləri və beynəlxalq standartlara uyğun təşkil edilməsinə, vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək”.

Baş Prokuror bildirib ki, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün dövlət qayğısına ehtiyacı olan, sosial cəhətdən əhalinin həssas qrupuna, aztəminatlı ailələrə və digər şəxslərə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi dövlətin sosial yönümlü siyasətinə dəstək verəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024