Mobil versiya
“Stadiona dronla nənələrinin tumanını gətirmişdilər” - Aqil Abbas
Tarix: 04-10-2019 | Saat: 11:39
Bölmə:Manşet / İdman / Seçilənlər-8 | çapa göndər

“Stadiona dronla nənələrinin tumanını gətirmişdilər”


Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda keçirilən “Düdelanj” və “Qarabağ” qarşılamasında baş verən erməni təxribatı birinci deyil, dəfələrlə belə hadisələr olub.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Ağdam klubunun azarkeşi Aqil Abbas deyib. Millət vəkilini sözlərinə görə, ermənilər belə təxribatlarla komandanı ruhdan salmağa çalışırlar.

“İnsanların əsəbləri ilə oynayırlar. Bu dəfə ermənilər dronla stadiona girib, nənələrinin tumanını, əski parçasını endiriblər. Ora bomba da endirə bilərdilər, böyük faciə olardı. Görünür, orada təhlükəsizlik xidməti yaxşı işləmir. Bu hadisənin nəticəsində ermənilər də cavablarını alacaqlar".

A.Abbas qeyd edib ki, bu məsələ mütləq araşdırılacaq, Luksemburq klubu və əski parçasını stadiona gətirənlər cəzalandırılacaq.

“AFFA da məsələ ilə bağlı rəsmi etirazın bildirməlidir. Oyun ərəfəsində rəhbərlik etirazını bildirdi, onlar da üzr istədilər”.

Qeyd edək ki, “Düdelanj” - “Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024