Mobil versiya
Fuad Ələsgərov: Azərbaycanın yeni konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə əsas yaradıb
Tarix: 04-10-2019 | Saat: 10:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Fuad Ələsgərov:




Azərbaycanın yeni konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə əsas yaradıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub: "Azərbaycanda fundamental hislahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb. Müstəqil Azərbaycanın yeni demokratik konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə, eləcə də onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşmasına əsas yaradıb".

F.Ələsgərov vurğulayıb ki, insan hüquqlarının təmin olunması demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir: "Bu mənada 1998-ci ildə islahatların növbəti mərhələsində qəbul edilmiş "Vəkillər və vəkillik haqqında" Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daxil olmaqla Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanmış bu qanun vəkillərin yeni statusunu müəyyən edir. Habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərlik prinsipi təsbit edilib".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024