Mobil versiya
Jurnalistin ölümü ilə bağlı təqsirləndirilənlərin valideynləri Prezident Administrasiyasında qəbul olunublar
Tarix: 02-02-2016 | Saat: 16:15
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Samir Mustafayev, Camal Məmmədov, Kənan Mədətov və Arif Əliyevin valideynlərini Prezident Administrasiyasının qəbul şöbəsinin müdiri Əli Orucov qəbul edilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, valideynlər R.Əliyevi müayinə və müalicə edən həkimlərin də məsuliyyətə cəlb edilməsi barədə vəsatətin məhkəmə tərəfindən təmin olunmamasından sonra bu gün Prezident Adminstrasiyasına gediblər. Hər ailədən bir nəfər nümayəndə Prezident Adminstrasiyasının qəbul şöbəsinə dəvət edilib.

Ə.Orucov görüşdə valideynlərə bildirib ki, qeyd olunan iş prezidentinin şəxsi nəzarətindədir. O, valideynlərə tövsiyə edib ki, görüşdən sonra narazı qaldıqları məqamla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluğa müraciət etsinlər. PA rəsmisi deyib ki, həmin qurumlara məsələ ilə bağlı məlumat verilib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmə prosesində R.Əliyevin vəkili Fariz Namazlı əlavə şahidlərin dindirilməsi və həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin edilməyib. Bundan sonra isə məhkəmə zalında valideynlər qərara etiraz ediblər. Hər iki tərəf qaldırılan vəsatətlərin təmin edilməsini tələb edib. Məhkəmə zalı boşaldılıb və valideynlər zaldan çıxarılıb. Məhkəmə zalın boşaldıldıqdan sonra təqsirləndirilənlərin valideynləri ilə qarşı tərəf arasında qalmaqal yaşanıb. Bundan xəbər tutan müttəhimlər yerləşdirildikləri şüşə qəfəsi yumruqlamağa və təpikləməyə başlayıblar. Asayiş keşikçiləri onları sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin yaxınları onlara yüngül cəza verilməsini, həmçinin R.Əliyevin müalicəsini aparan həkimlərin istintaqa cəlb edilməsini istəyir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024