Mobil versiya
Gülər Əhmədova məhkəməyə gəlmədi, proses təxirə düşdü
Tarix: 02-02-2016 | Saat: 16:08
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Gülər Əhmədova məhkəməyə gəlmədi, proses təxirə düşdü
Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayətinə baxılıb.

G.Əhmədova məhkəməyə gəlmədiyinə görə hakim iclasın təxirə salınmasına qərar verib.

Vəkil Əfsər Talıbov deyib ki, G.Əhmədovanın səhhətində problem var və ona görə də məhkəməyə gələ bilməyib.

Növbəti proses fevralın 9-a təyin edilib.

Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qərarı ilə ona verilmiş şərti məhkumetmə cəzasının ləğvi və məhkumluğun götürülməsi iddiası ilə ötən ilin noyabrında Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Gülər Əhmədova ondan apelyasiya şikayəti verib.

Xatıqladaq ki, sabiq deputat fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videodan sonra 2013-cü ilin fevralında həbs olunub. 2005-ci ilin parlament seçkiləri ərəfəsində lentə alınmış həmin video görüntülərdə Elşad Abdullayev, Gülər Əhmədova və hər ikisinin ortaq tanışı olan, görüntülərin yayılmasından az sonra – 2012-ci il dekabrın 26-da Türkiyədə dünyasını dəyişən Sevinc Babayeva arasında gedən söhbətdə rektorun deputat olması üçün 1 milyon dollar lazım olmasından bəhs olunur. Elşad Abdullayev artıq 500 min dollar verdiyini bildirir, Gülər Əhmədova daha 500 verilməsinin lazım olduğunu deyir.

Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə üç il azadlıqdan məhrum edilmişdi. Sonradan Apelyasiya Məhkəməsi həmin cəzanı şərti cəza ilə əvəz etd və G.Əhmədovanı məhkəmə zalından azadlığa buraxdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024