Mobil versiya
"Abidə Müşfiqin adına layiq deyildi" - İcra Hakimiyyəti
Tarix: 02-10-2019 | Saat: 17:29
Bölmə:Karusel / Ölkə | çapa göndər

"Abidə Müşfiqin adına layiq deyildi" -


Qaradağ Rayon İcra Hakimiyyəti şair Mikayıl Müşfiqin abidəsinin aşırdılması ilə bağlı videoya münasibət bildirilib.

İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb.
"Məlumat üçün bildiririk ki, hər dəfə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsində keçirdiyi səyyar görüşlərdə qəsəbə sakinləri müraciət edərək abidənin Mikayıl Müşfiqin adına layiq olmadığını və dəyişdirilməsini xahiş ediblər. Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Mədəniyyət Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb".

Qeyd olunub ki, Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb. Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub.

"Eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən abidənin ətrafında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmaqdadır. Yararsız vəziyyətdə olan əvvəlki abidə isə götürülüb. Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcək".



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024