Mobil versiya
Bakının parklarında da velosiped zolaqları salınır
Tarix: 02-10-2019 | Saat: 14:44
Bölmə:Ölkə | çapa göndər

Bakının parklarında da velosiped zolaqları salınır


Paytaxt Bakıda velosiped zolaqlarının salınmasına start verilib.

Azvision.az xəbər verir ki, artıq Bakının bir neçə parkında velosiped zolaqlarına rast gəlmək olar. Belə ki, yenidənqurmadan sonra ötən gün istifadəyə verilən Atatürk parkında, eləcə də Qaraçuxur qəsəbəsində salınan Neftçilər parkında sakinlər üçün velosiped yolları salınıb. Digər istirahət parklarında da belə zolaqların təşkili gözlənilir.

Ümumilikdə isə qeydə edə bilərik ki, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun - velosiped yollarının, zolaqlarının yaradılması Bakı Nəqliyyat Agentliyinin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib.

Belə ki, “Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski - Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulub.

Qarşıdakı illərdə paytaxtda velosiped yolları və duracaqları yaradılacaq, əhali rahat şəkildə velosipeddən istifadə edə biləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024