Mobil versiya
Meliorativ tədbirlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir
Tarix: 02-10-2019 | Saat: 10:58
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Meliorativ tədbirlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir




Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti qarşıya qoyulan vəzifələrin səmərəli icrasına düzgün istiqamətləndirilib

Ölkədə kənd təsərrüfatında istifadəyə yararlı olan və suvarma tələb edən torpaq sahələrinin bu tələbatını ödəmək məqsədilə son illər ərzində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Bu kompleksə iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər daxildir. Görülən tədbirlərin sayəsində isə son illər ərzində suvarılan torpaqların ümumi sahəsini 2.6 dəfədən çox artırmaq mümkün olmuşdur.

Su ehtiyatlarının idarə olunması yüksək peşəkarlıqla həyata keçirilir



Bu gün ölkədə meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə 2006-cı ildə yaradılmış “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirməkdıdir. Aydındır ki, bu işləri yüksək səviyyədə görmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Başqa sözlə desək, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyəti həqiqətən də çoxşaxəlidir və kifayət qədər mürəkkəb əməliyyat və prosedurların mütəmadi olaraq həyata keçirilməsini tələb edir.



Azər İsmayılovun rəhbərlik etdiyi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsi qarşıya qoyulmuş məqsəd və vəzifələri uğurla icra edir
ASC-nin yuxarıda qeyd etdiyimiz funksiyalarını icra edən struktur bölmələrindən biri də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsidir. Vurğulamaq istərdik ki, Salyan şəhərində yerləşən bu idarənin göstərdiyi xidmətlərdən onun əhatə dairəsində fəaliyyət göstərən bütün fermerlər, şəxsi təsərrüfat rəhbərləri və ümumiyyətlə su istifadəçiləri razılıq edirlər. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin hər zaman saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Çünki idarənin özünün də fəaliyyət səmərəliliyini yalnız bu yolla təmin etmək olar. Həmçinin idarənin işi ilə bağlı təqdim olunan açıqlamalarda bildirilir ki, torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir, suvarma sistemlərinin lildən təmizlənmə işləri görülür.





Xüsusilə qeyd etmək istədiyimiz daha bir məqam da budur ki, əldə etdiyimiz məlumatlarda Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsinin rəisi Azər İsmayılovun şəxsən özü barədə də bir çox xoş fikirlər səsləndirilir. Bildirilir ki, Azər müəllim yüksək ixtisaslı peşəkar olmaqla bərabər, həm də dövlətə və xalqa sonsuz sevgisi və sədaqəti ilə seçilən bir insandır. Qeyd olunur ki, idarə rəisinin öz işində nümayiş etdirdiyi prinsipiallıq və tələbkarlıq da məhz onun insani keyfiyyətlərindən irəli gələn göstəricilərdir. Azər İsmayılov kimi insanlar öz həyatlarının mənasını da xalqa, dövlətə xidmətdə görürlər. Məhz bu səbəbdən də dövlət tərəfindən qarşıya qoyulan vəzifə və tapşırıqların icrası Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsinin kollektivi tərəfindən hər zaman yüksək tələblərə uyğun səviyyədə həyata keçirilir.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024