Mobil versiya
Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər
Tarix: 01-10-2019 | Saat: 16:57
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər


ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək.

Trend-in məlumatına görə, Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili tədbirlərdə iştirak edəcəklər.

Öncə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək. Sonra “Avro-Aralıq dənizi regionunda təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq.

Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Seretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək. Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq. Qurumun xüsusi komitə və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq.

Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq. Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər. Səfər oktyabrın 8-də başa çatacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024