Mobil versiya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tarix: 01-10-2019 | Saat: 15:51
Bölmə:Cəmiyyət | çapa göndər

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Lakin yoxlama zamanı vətəndaşın ayaqqabılarının daban hissəsində, 2 ədəd bükümdə, çəkisi 128 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında gömrük nəzarətindən gizlədilən sellofana bükülü 3 ədəd bükümdə çəkisi 38 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin, çəkisi 125 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və ayrıca sellofana bükülü 5 ədəd üzərində "F/M40" yazısı olan açıq qəhvəyi rəngli "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024