Mobil versiya
QHT seçici maarifləndirməsinə start verdi
Tarix: 01-10-2019 | Saat: 11:28
Bölmə:Ölkə | çapa göndər

QHT seçici maarifləndirməsinə start verdi


"Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyə seçkilərində seçki fəallığının artırılması yönündə tədbirlərin təşkili” layihəsi çərçivəsində Yasamal rayonunda tədbir keçirib.


Birliyin sədri, layihə rəhbəri Nəzakət Həsənova bildirib ki, 3 ay həyata keçirilən layihə çərçivəsində əsas məqsəd bu ilin dekabrın 27-də keçiriləcək bələdiyyə seçkilərində seçki fəallığının artırılmasından ibarətdir. Onun sözlərinə görə, layihə çərçivəsində 2000 ədəd "Seçkidə iştirak et-bələdiyyəni özün seç” adlı buklet çap olunub. Tədbirdə çıxış edən ekspert Ədil Ədilzadə bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, seçkidə iştirak hər bir vətəndaşın müqəddəs borcudur. Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, QHT rəhbərləri çıxış edib.


aia/az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024