Mobil versiya
“Fuad Qəhrəmanlı ilə bağlı müraciət baxılma ərəfəsindədir” - Baş prokuror
Tarix: 1-10-2019, 10:41 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

“Fuad Qəhrəmanlı ilə bağlı müraciət baxılma ərəfəsindədir” -


"AXCP-nin sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində qeyri-hökumət təşkilatlarının Baş Prokurorluğa müraciəti baxılma ərəfəsindədir"

Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
Baş prokurorun sözlərinə görə, qadın və uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları Baş Prokurorluğa Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı onun cinayət məsliyyətinə cəlb edilməsinə dair müraciət ediblər:

"Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. Sösüz ki, ilk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq".

Z.Qaralov qeyd edib ki, bu gün özünü müxalifət adlandıran, vətəndaşların hüquqlarının müdafiəsi üzrə özlərini daim cəmiyyətə təqdim edənlər öz ailələrində bu cür qanansuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar.

"Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlar da vaxtında tədbir görməyiblər və heç bir məlumat verməyiblər".

aia.az



546 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930