Mobil versiya
Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu
Tarix: 30-09-2019 | Saat: 15:28
Bölmə:Ölkə | çapa göndər

Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu


Ayna Sultanova parkı noyabr ayının sonları, dekabrın əvvəli sakinlərin istifadəsinə veriləcək.

Bunu Trend-ə özəl olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Kərimov bildirib. Onun sözlərinə görə, parkın rəsmi açılışı da nəzərdə tutulub:

“Ayna Sultanova parkında tam olaraq yenidənqurma işləri aparılır. Park uzun zamandır bağlı olduğuna görə, yabanı kol koslar çox idi. Artıq bütün ərazi təmizlənib, yeni yaşıl zolaqlar, ağaclar və bəzəkli kollar əkilib. Sakinlərin tam rahatlığı üçün yeni söhbətgahlar, oturacaqlar və müasir işıq dirəkləri quraşdırılıb. Uşaqların vaxtı maraqlı keçirməsi üçün də ərazi ayrılıb”.

K.Kərimov parkdakı Ayna Sultanova heykəlinin aqibəti barədə də danışıb:

“Heykəl olduğu yerində qalmaqdadır, sadəcə onun üzərində bəzi restavrasiya işləri aparılacaq. Heykəlin üzü çirkdən təmizlənərək ağardılacaq və laklanacaq. Onun yerinin dəyişdirilməsi barə də isə hələlik söhbət yoxdur”.

Baş məsləhətçi qeyd edib ki, parkın açılış günündə rəsmi qurumların nümayəndələri və ictimai-fəal insanların iştirakı nəzərdə tutulub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024