Mobil versiya
Bakı məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilir
Tarix: 30-09-2019 | Saat: 15:04
Bölmə:Ölkə | çapa göndər

Bakı məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilir


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 15 sentyabr -15 oktyabr "Diqqət Uşaqlar" təhlükəsizlik ayı çərçivəsində silsilə tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Trend-ə bildirib ki, bu gün Bakı şəhəri, Nəsimi rayonu, 266 nömrəli orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verib, valideynlərə və müəllimlərə uşaqların piyada keçidindən istifadə etməsi, yol hərəkəti qaydalarını mənimsəmələrini təbliğ etməsi tövsiyə olunub.

Şagirdlər yol hərəkəti qaydalarından bəhs edən kompozisiya ilə çıxış ediblər, fərqlənən məktəblilərə zəruri məktəbli ləvazimatları hədiyyə olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024