Mobil versiya
Banklara “Pulları kim qaytaracaq?
Tarix: 02-02-2016 | Saat: 15:28
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər


Hazırda iki bank - "Bank of Azerbaijan" və "Gəncəbank" - müflis elan edilib.

Aia.az marja-ya istinadən xəbər verir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib ki, onların əmanətlərinin ümumi həcmi təqribən 26 milyon manat təşkil edir: “Qalan lisenziyası ləğv edilmiş banklar hələ müflis elan edilməyib. Əgər müflis elan edilərlərsə, biz ümumilikdə bu bankların əmanətləri üzrə təqribən 140-150 milyon manat kompensasiya ödəyəcəyik. Bizim 132 milyon manatımız mövcuddur, buna görə də kompensasiyaların qaytarılması ilə bağlı problem olmayacaq. Həttə bütün kompensasiyanı ödəmək üçün vəsaitimiz çatmasa, bizim Mərkəzi Bankla razılaşmamız var ki, tənzimləyicinin özü çatışmayan vəsaiti qarşılayacaq".

O, nəzərə alınmalı olan bir sıra faktorları qeyd edib: "Birincisi, bütün bankların müflis elan ediləcəyi məlum deyil. İkincisi, bu banklardakı sığorta olunan əmanətlərin dəqiq həcmi bankların bizə təqdim etdikləri məlumatdan fərqlənə bilər. Məsələn, "Bank of Azerbaijan" ilə vəziyyətdə bankın məlumatına görə, sığorta olunan əmanətlərin həcmi təqribən 26 milyon manat təşkil edirdi. Lakin yoxlamadan sonra məlum oldu ki, bu rəqəm cəmi 24 milyon manatdır”.

Azad Cavadov qeyd edib ki, bu gün lisenziyası ləğv edilən "Texnikabank" ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir. Onun sözlərinə görə, bu hələ dəqiq məlumat deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024