Mobil versiya
Xaçmaz – mədəniyyət tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir
Tarix: 30-09-2019 | Saat: 11:58
Bölmə:Manşet / Ölkə | çapa göndər

Xaçmaz – mədəniyyət tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir



Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə Şura iclasında cari ilin 8 ayı ərzində görülən işlər müzakirə olunub

6 sentyabr 2019-cu il tarixində Xaçmaz Tarix diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak etmişlər. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev gündəlikdə duran məsələlər barədə məlumat vermiş və cari ilin 8 ayı ərzində görülən işlər haqqında danışmışdır. Həmçinin iclasın gedişində ölkəmizdə dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəaliyyət planı müzakirə edilmişdir. Sonda idarə rəisi mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsindən irəli gələn vəzifələr və digər məsələlər barədə müvafiq tövsiyə və tapşırıqlarını verib.




Artıq qeyd olunduğu kimi, Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəaliyyəti həm də mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə çox zəngindir. Bugünkü materialımızda da son bir ayda keçirilmiş tədbirlərdən bəziləri haqda bir qədər ətraflı söz açacağıq.

“Bəşəriyyəti sülh xilas edəcək”

Sentyabr ayının 4-də Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Regional Mərkəzində Quba rayon MKS-nin mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Günü ilə əlaqədar “Bəşəriyyəti sülh xilas edəcək” adlı tədbir keçirilib. Tədbiri MKS-nin direktor müavini Hüriyyə Sultanova açaraq bildirib ki, Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-nə dək Azərbaycanda “İnsan hüquqları aylığı” və “Uşaq hüquqları aylığı” ilə yanaşı “Sülh aylığı “ elan olunur. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin əməkdaşı Murad Əsgərov çıxış edərək qeyd etdi ki, BMT 1981-ci il sentyabr ayının 21-ni dünyanın 192 ölkəsinin səs çoxluğu ilə “Beynəlxalq Sülh Günü “ qeyd olması barədə qərar qəbul etmişdi. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan artıq məcburi qaçqın və köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Tədbirin sonunda “Sülh inkişafın əsas təməlidir” adlı kitab sərgisi nümayiş olundu.




“Milli Musiqi Günü” qeyd olundu

8 sentyabr 2019-cu il tarixində Xaçmaz şəhər Uşaq Musiqi məktəbində Xaçmaz şəhər Uşaq Musiqi Məktəbi, Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbi və Xudat şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə hər 3 məktəbin müəllim və şagird heyətinin ifaları dinlənildi. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktoru Kənan Mərdanov və Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin direktoru Telnaz Adıgözəlova çıxış edərək Milli Musiqi günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bu əlamətdar günün təsis olunma tarixindən danışdılar və yeni tədris ilində kollektivlərə uğurlar arzuladılar. Bildirildi ki, Milli musiqi günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.




Xatırladaq ki, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

“Əsrin Müqaviləsi – 25”

20 sentyabr 2019-cu il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran rayon Heydər Əliyev Mərkəzinin və Şabran Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılıgı ilə 1994-cü il tarixində imzalanmış “Əsrin Müqaviləsinin” 25-ci il dönümü ilə əlaqdar olaraq tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Təvəkgül Əliyev açmışdır. Daha sonra Uşaq Gənclər inkişaf Mərkəzinin direktoru Aysel Məmmədova və digər qonaqlar çıxış edərək bu tarixi əhəmiyyətli hadisənin mahiyyəti barəsində öz fikirlərini bildirmişlər. Sonda Mərkəzin nəzdində fəaliyyət göstərən dərnəyin şagirdləri öz şerlərini söyləmiş və tədbir başa çatmışdır.




Həmçinin sentyabrın 20-də YAP Xaçmaz rayon təşkilatı və Xaçmaz Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsinin” 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başlamışdır. Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq əsrin müqaviləsinin imzalanmaq şəraitindən, eyni zamanda bu günü və gələcəyi barədə tədbir iştirakçılarına geniş məlumat vedi. Azərbaycanın inkişaf yolunun həmin tarixdən başlandığını bir daha tədbir iştirakçılarının nəzərinə çatdrımaqla, ötən 25 il ərzində həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizi dünya iqtisadiyyatının tərkib hissəsinə daxil olduğunu vurğuladı.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024