Mobil versiya
Məleykə Abbaszadə Azərbaycanda ingilis dili müəllimləri ilə bağlı: "Sovet English" tədris sistemi qalıb
Tarix: 27-09-2019, 15:10 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Məleykə Abbaszadə Azərbaycanda ingilis dili müəllimləri ilə bağlı:


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayessin Azərbaycanın ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsilinin olmaması, ali təhsili olan müəllimlərin belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malik olması ilə bağlı fikirlərinə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Abbadzadə qeyd edib ki, hansısa dili öyrənmək üçün o dilin mühitində yaşamaq, o dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada həmin dildə olan verilişlərə baxmaq, o dili eşidib, həmin dildə danışmaq lazımdır. Amma sovet təhsil sistemində belə şərait olmayıb:

"Sovet dövründə bizim müəllimlər ali təhsil alan zaman onların bu cür kompetensiyalar əldə etmək imkanı olmayıb. Bəlkə də onların hansısa kompetensiyaları var, onlar dilin qrammatikasını bilirlər və belə təsəvvür edirlər ki, dili də bilirlər. Ancaq onların real kompetensiyaları beynəlxalq imtahanlarla yoxlanıldıqda bacarıqlarının kifayət qədər olmadığı müəyyən olunur. Bu da tələb edir ki, müəllimlər ilk növbədə təlimə cəlb edilməlidirlər. Bu çox vacibdir. Buna görə utanmaq lazım deyil. Bu, təkcə bizim ölkədə deyil. Bizə sovet təhsil sistemindən çox şey, o cümlədən "Sovet English" tədris sistemi qalıb".

M.Abbadzadə əlavə edib ki, artıq həm orta, həm də ali məktəblərdə təlim prosesi müasir ingilis dilinin tələblərinə uyğun qurulmalıdır: "1990-cı illərdə orta məktəblərdə ingilis dilini ən yaxşı bilən müəllimlər neft şirkətlərinə işə qəbul olunublar və təhsil sistemindən uzaqlaşıblar. İndi də xarici dili yaxşı bilən gənc çox zaman məktəbə getmir və özü üçün başqa bir yerdə iş tapır. Bu hal təkcə Azərbaycanda müşahidə edilmir. İngilis dilini bilənlər üçün bütün Avropanın əmək bazarı açıqdır. Bizim üçün vacibdir ki, ingilis dilini bilmək kütləvi olsun. Azərbaycan gəncləri dünya təhsil sisteminə inteqrasiya olmaq istəyirsə, hansısa beynəlxalq dili yüksək səviyyədə bilməlidir. Hər bir vətəndaş heç olmasa, bir müasir Avropa dilini yaxşı bilməlidir. Bu bizim gələcək üçün məqsədimizdir. Hansısa gənc bunu edə bilirsə, ona iş yeri tapmaq daha asan olur. Bununla yanaşı, imtahanlarda olan tələblər də müasir ingilis dilinin tələblərinə uyğun olmalıdır. Bizə lazım deyil ki, şagirdlər imtahan verdikdən sonra yenidən arxaik dildə danışsınlar".

Xatırladaq ki, Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayess qeyd edilən fikirlərini Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransa (IAEA 2019) etdiyi müraciətdə açıqlayıb. Bakıda keçirilən konfrans bu gün öz işini yekunlaşdırıb.


aia.az



5109 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031