Mobil versiya
Yığmalarımız Dünya Kubokuna vəsiqə qazanıb
Tarix: 25-09-2019 | Saat: 16:39
Bölmə:İdman | çapa göndər

Yığmalarımız Dünya Kubokuna vəsiqə qazanıb



Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Olimpiadaya lisenziya xarakterli güləş üzrə dünya çempionatında təmsilçilərimiz 6 medal qazanıblar.

Trend-in məlumatına görə, yunan-Roma güləşində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc, qadın güləşində Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc, sərbəst güləşdə isə Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) gümüş medala sahib olublar. Ümumilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldən edən ölkəmiz medalların əyarına görə 5-ci yeri tutub. Olimpiadaya iki çəkidə - qadın güləşində 50, sərbəst güləşdə isə 97 kiloqram çəki dərəcəsində lisenziya əldə edilib.

Qadın güləşi komandamız 48 xalla komanda hesabında 8-ci yeri tutub. Bu isə komandamıza noyabrda Yaponiyada keçiriləcək dünya kuboku yarışlarında iştirak hüququ verib. Əlli xalla 7-ci pillədə qərarlaşan sərbəst güləş üzrə millimiz də analoji yarışa vəsiqə qazanıb. Güləşin bu növü üzrə dünya kuboku gələn ilin oktyabrında keçiriləcək. Ancaq təşkilatçı ölkə hələ müəyyənləşməyib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024