Mobil versiya
Salyan rayon İcra Hakimiyyətinin başçısı şəhər əhalisi ilə görüş keçirib - FOTOLAR
Tarix: 25-09-2019 | Saat: 15:57
Bölmə:Ölkə | çapa göndər

Salyan rayon İcra Hakimiyyətinin başçısı  şəhər əhalisi ilə görüş keçirib


Salyan rayon İcra Hakimiyyətinin başçısı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında şəhər əhalisi ilə görüş keçirmişdir.

24 sentyabr 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında şəhər əhalisi ilə görüş keçirmişdir. Qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Əlibaba Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Qəbulda rayon İcra hakimiyyətinin başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024