Mobil versiya
Gürcüstanda Naxçıvanın ticarət evləri açılacaq
Tarix: 25-09-2019 | Saat: 14:04
Bölmə:Gündəm | çapa göndər

Gürcüstanda Naxçıvanın ticarət evləri açılacaq


"Azərbaycan bizim strateji tərəfdaşımızdır, iqtisadi, humanitar, turizm sahələrində əlaqələrimiz yüksək səviyyədədir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri var".
Azvision.az -ın məlumatına görə, bunu muxtar respublikada səfərdə olan Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib.

Onun sözlərinə görə, tezliklə Azərbaycan və Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək, eləcə də biznes-forum olacaq.

"Bu çərçivədə gürcü sahibkarların Naxçıvan Muxtar Respublikasını da ziyarət etməsi nəzərdə tutulur. Bunun ikitərəfli regional əməkdaşlığa müsbət təsir göstərəcəyini düşünürəm. Regionlarımız arasında turizm əlaqələrinin də inkişafı üçün potensial mövcuddur. Səfər zamanı burada dağ-xizək və müalicə turizm sahələrinin də inkişaf etdiyini gördük. Yeri gəlmişkən, gürcü uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicə almasına göstərdiyi köməyə görə də muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.

Səfir bildirib ki, gələcəkdə qarşılıqlı olaraq turizm potensialının tanıdılması üçün media-turlar təşkil etməyi düşünürlər, həmçinin iqtisadi sahədə də əməkdaşlıq üçün müəyyən qərarlar qəbul edilib:

"Gürcüstanın müxtəlif şəhərlərində Naxçıvan Muxtar Respublikasının ticarət evlərinin açılmasını razılaşdırmışıq, əlaqələrin inkişafı üçün əlimizdən gələni etməyə çalışacağıq. Ümidvaram ki, birgə səylərimiz öz müsbət nəticələrini verəcək”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024