Mobil versiya
Gəncə – dövlətin gənclər və idman siyasəti uğurla həyata keçirilir
Tarix: 23-09-2019 | Saat: 13:13
Bölmə:İdman | çapa göndər

Gəncə – dövlətin gənclər və idman siyasəti uğurla həyata keçirilir





Şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyəti uşaq və gənlərin ictimai həyatında mühüm rol oynayır

Bu gün Azərbaycanda idmanın inkişafı həqiqətən də heyrətamiz bir dinamika ilə davam etməkdədir. Bu sahədə son illər əldə olunmuş uğur və nailiyyətlər ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrilmnəsinə zəmin yaratmışdır. Başda Ölkə Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə idmanın kütləviləşmədiyi bircə region belə qalmamışdır. Təbii ki, bu sahədə dövlət siyasətini həyata keçərən qurum kimi, Gənlər və İdman Nazirliyinin və onun regionlarda fəaliyyət göstərən alt qurumlarının ölkəmizdə idmanın inkişafında və kütləviləşməsində böyük rolu vardır. Yerləşdiyi bölgədə dövlətin gənclər və idman siyasətinin effektiv şəkildə həyata keçirilməsi, idmanın inkişafı və gənc nəslin sağlam, milli-vətənpərvər ruhda formalaşması istiqamətində uğurla fəaliyyət göstərən belə qurumlardan biri də Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsidir.

Daxili imkanlar da səfərbər olunmalıdır




Bu gün Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası indiyədək görünməmiş bir vüsət almışdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Azərbaycan idmanı öz inkişafının tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qalxıb. O cümlədən, Gəncə şəhərinin idmansevərləri də mütəmadi olaraq yeni idman obyektlərinin açılışına sevinirlər. Bunu da qeyd etmək lazımdır ki, Gəncədə bu istiqamətdə dövlət dəstəyi ilə yanaşı, daxili imkanlar hesabına da işlər görülür. Belə ki, ötən ay Gəncədə yeni güləş zalı istifadəyə verilib. Zal 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin nəzdində fəaliyyətə başlayıb. Gəncənin idman ictimaiyyətinin bir araya gəldiyi açılış mərasimində bədən tərbiyəsi və idmanın inkişafı üçün zəruri maddi-texniki bazanı yaradılmasının vacibliyindən danışılıb. Bu istiqamətində aparılan işlərin ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirdiyi və idmanın kütləviliyini təmin olunduğu vurğulanıb. Zalda məşq qruplarında yer alan idmançılar güləşin hər 3 növü ilə növbəli şəkildə məşğul ola biləcəklər.

İdman tədbirləri yüksək səviyyədə təşkil olunur




19 avqust 2019-cu il tarixdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında Məhəllələr arası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda mini futbol üzrə Gəncə şəhər birinciliyi başa çatıb. Gərgin keçən final mübarizəsində “Gəncə” komandası ilə “Qarabağ-1” komandası qarşılaşmış, 5:2 hesabı ilə “Gəncə” komandası qalib gəlmişdir. Bu yarışda 160 nəfərə yaxın idmançı iştirak edirdi. “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində “Təhsil” RİM-nin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Gəncə” komandası I yerə, Baş İdarə nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin komandası “Qarabağ-1” komandası II yerə, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Çinar” komandası III yerə layiq görülmüşlər.
Qalib gəlmiş komandalar Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla və hədiyyələrlə təltif olunmuşlar.
30-31 avqust 2019-cu il tarixlərdə isə Gəncə Olimpiya İdman Kompleksində 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin kikboksinq idman növü üzrə açıq birinciliyi keçirilmişdir.Yüksək səviyyədə təşkil olunmuş birincilikdə müxtəlif çəki dərəcələri üzrə 25 komandanın 310 yeniyetmə idmançısı iştirak etmişdir.Qalib komandalar və idmançılar kubok, medal və diplomla təltif ediliblər.

Şəxsi nümunə ən gözəl örnəkdir




Bir məqamı da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov idmanın təbliği, gənc idmançıların həvəsləndirilməsi işində bilavasitə iştirak etməyə hər zaman üstünlük verir. Belə ki, sentyabr ayının 6-da Müşfiq Cəfərov 26 avqust 2019-cu il tarixdə Savat (Fransız Boksu) idman növü üzrə Bakı şəhərində keçirilən Gömrükçü İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyi və çempionatında iştirak edən Gəncə İdman Klubunun idmançıları ilə görüşüb.Onları əldə etdikləri uğurlarına görə təbrik və təltif edib. Sentyabrın 13-də isə kikboksinq idman növündə azyaşlı idmançılar arasında Beynəlxalq və Respublika yarışlarında yüksək nəticə əldə etmiş Muradov Raul Emil oğlu ilə görüş keçirilib və o, Müşfiq Cəfərov tərəfindən Fəxri Fərmanla təltif olunub.

Gənc nəslin təlim-tərbiyəsi və dünyagörüşlərinin genişləndirilməsi də diqqət mərkəzindədir

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətini səciyyələndirən cəhətlərdən biri də budur ki, bu qurum təkcə idman tədbirlərinin keçirilməsilə kifayətlənmir. İdarə ümumiyyətlə uşaq və gənclərin ictimai həyatlarında yaxından iştirak etmək, onlara hər sahədə dəstək olmaq üçün bütün imkanlardan istifadə edir. Belə ki, 13 sentyabr 2019-cu il tarixində Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına uyğun olaraq Gəncə Uşaq Evində Yeni tədris ilinin başlanması münasibəti ilə uşaq evinin sakinləri ilə görüş təşkil olunub. Tədbiriə Uşaq Evində məskunlaşan uşaqlar tərəfindən maraqlı səhnəçiklər nümayiş olunub. Ümumilikdə 57 nəfər uşaq və yeniyetməyə məktəb ləvazimatları paylanılıb.Həmçinin tədbir əsnasında bilik viktorinası baş tutub ki, qaliblər Baş idarənin hədiyyələri ilə təltif olunub. Tədbirdə Gəncə Musiqi kollecini bir qrup tələbəsi musiqili nömrələrlə çıxış edərək uşaqları təbrik ediblər. Şən klounlar personajları Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən təmin edilib.
19 sentyabr 2019-cu il tarixində isə Gənclər evində “21 sentyabr-Beynəlxalq Sülh Günü” ilə əlaqədar gənclərin iştirakı ilə maarifləndiriçi tədbir keçirilib.




Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov “Beynəlxalq Sülh Günü”nün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, “Beynəlxalq Sülh Günü” 21 sentyabr 1981-ci ildə BMT tərəfindən təsis edilib. Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. İlk dəfə “Beynəlxalq Sülh Günü” BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.
Daha sonra digər rəsmi şəxslərin çıxışları dinlənilib, “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş videoçarx izlənilib. Sonda gəncləri maraqlandıran suallar tədbirin qonaqları tərəfindən cavablandırılıb.

Göründüyü kimi, bu gün Gəncə şəhərində uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmaları, dünyagörüşlərinin genişləndirilməsi yönümündə Gənclər və İdman Baş İdarəsi trəfindən kifayət qədər tədbirlər görülür. Əminliklə demək olar ki, gənc Gəncəlilər bundan sonra da doğma Azərbaycanımızın inkişafına öz misilsiz tövhələrini verməkdə davam edəcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024