Mobil versiya
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı - FOTO
Tarix: 23-09-2019, 11:37 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı




Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz -21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə "Buran" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının sol tərəf arxa və ön qapılarının, yanacaq çəninin içərisində 1120 ədəd üzərində "Mega Black Devil" yazısı olan pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

aia.az



564 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031