Mobil versiya
Mehriban Əliyeva: Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik
Tarix: 23-09-2019, 09:56 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mehriban Əliyeva:


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) iştirakçılarına müraciət ünvanlayıb.

APA-nın məlumatına görə, müraciəti konfransın açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları, əziz qonaqlar. Sizi Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının(IAEA 2019) açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Belə bir mötəbər tədbirin ölkəmizin paytaxtında yenidən keçirilməsindən məmnunluğumu bildirirəm. Biliyin qiymətləndirilməsi təhsil sahəsinin ayrılmaz tərkib hissəsidir. Müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Qiymətləndirmə və qərar vermə fərdi və institusional həll yolları mövzusuna həsr olunan hazırkı konfrans bu baxımdan təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılmasına, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyaların yaradılmasına öz töhfəsini verəcək. Azərbaycan təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılmışdır. Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik. Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir. Ölkəmizdə eyni zamanda beynəlxalq qiymətləndirmənin inkişaf prinsiplərinə əsaslanaraq lazımi araşdırmalar aparılıb və bu istiqamətdə normativ hüquqi baza təkmilləşdirilib. Qərar qəbuletmə prosesində qiymətləndirmənin etibarlılığı və daha düzgün qərar qəbul etmək üçün müvafiq qiymətləndirmə üsullarının müəyyən edilməsi aktual məsələlərdəndir. Əminəm ki, 55 ölkədən 300-dən artıq ekspertin qatıldığı konfransınız da qiymətləndirmə sisteminin müxtəlif aspektləri ilə bağlı geniş müzakirələr, yeni qiymətləndirmə texnologiyalarının səmərəli tətbiqində və standartların formalaşdırılmasında mühüm rol oynayacaq. Hamıya can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".

aia.az



594 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031