Mobil versiya
“Hyundai”ın satışları kəskin azaldı
Tarix: 01-02-2016 | Saat: 17:54
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

“Hyundai”ın satışları kəskin azaldı
Şirkətin səhmləri ucuzlaşıb.

Rusiya, Çin və Braziliya da daxil olmaqla, inkişafda olan ölkələrdə göstəricilərin pisləşməsi ilə əlaqədar Cənubi Koreyanın Hyundai Motor Co. avtomobil istehsalçısının satışları 2016-cı ilin yanvarında son altı ayda ilk dəfə azalıb.
Aia.az xəbər verir ki, “Hyundai”ın yaydığı press-relizdə ötən ay şirkətin satışlarının 13% - 338,035 min avtomobilə qədər azaldığı qeyd edilib.

Cənubi Koreyada satışlar 1,1% - 49,852 min maşın, xarici tədarük 14% – 288,183 min avtomobil azalıb.

Avtomobil istehsalatçısı 2015-ci ildə son beş il üçün ən minimal gəliri qeyd edib. Bu qeyd 2007-ci ildə Çində satışların azalmasından, Rusiya və Braziliyada yerli valyutanın zəifləməsi ilə əlaqədar göstəricilərin pisləşməsindən sonra ilk dəfə idi.

Seulda satışların nəticələrinə görə “Hyundai” aksiyaları bazar ertəsi 0,4% ucuzlaşıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024