Mobil versiya
Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA
Tarix: 19-09-2019, 17:15 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir


Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr, tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.

Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında deyib ki, sərhədlərimizin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məsələləri həmişə diqqətdədir.

Deputat bildirib ki, təhlükəsizlik kompleks sahədir və bu, hər zaman diqqətdə olacaq.

“Büdcəyə daha çox vəsaitin daxil olmasından irəli gələrək müəyyən bir hissə təhlükəsizlik sahəsinə yönəldiləcək. Amma onun məbləğini dəqiq bilmirik”, - deyə A.Mirzəzadə əlavə edib.

A.Mirzəzadə onu da qeyd edib ki, müdafiə və təhlükəsizlik xərclərinin artırılması heç də yeni silahların alınması mənasını vermir.

“Yeni silahlar ehtiyac olduqda, operativ şəraitin tələbləri çərçivəsində alınır. Müdafiə xərclərinə isə eyni zamanda hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması, hərbi şəhərciklərin yenidən qurulması və sair məsələlər daxildir”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.

aia.az



5119 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031