Mobil versiya
Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO
Tarix: 17-09-2019, 14:43 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu -



İnsanların əksəriyyəti balıq tutmağı sevir. Bəzən isə ova nadir varlıqlar düşür.

19 yaşlı norveçli Oskar Lundal Annoya adası yaxınlığında balıq ovuna çıxıb və halibut tutacağına ümid edib. Amma onun toruna daha maraqlı bir dəniz sakini düşüb.

“Ladbible”ın məlumatına görə, oğlan göyərtəyə iri gözləri olan, həm dinozavr, həm də yadplanetliyə oxşayan bir varlıq çəkir:

“Bu, olduqca heyrətamiz idi, mən əvvəllər heç vaxt beləsini görməmişdim. O, qəribə görünürdü və dinozavra bənzəyirdi”.

“Oskar əvvəlcə şoka düşüb, çünki o əvvəllər belə bir dəniz varlığı görməyib”, - deyə “The Sun” yazır. O, “canavar”ı 800 metr dərinlikdən təxminən yarım saata çəkib çıxarıb və çıxarılanda o, artıq ölmüş olub. Daha sonra gənc balıqçının daha təcrübəli həmkarları məsələyə aydınlıq gətirib.

Chimaera Monstrosa Linnaeus balığı - Avropa ximeri qəribə tapıntıdır. O, köpəkbalıqları ailəsinin üzvüdür, lakin insanlar üçün təhlükəsizdir. Bir qayda olaraq, suyun dərinliklərində yaşayır və nadir hallarda insan tərəfindən ovlana bilir. Oskar nadir “şanslılar” arasındadır:

“Özümə gəldikdə belə bir dəniz sakininin yağda qızardılmış halının dadına baxmaq şansını qaçırmadım. Qorxunc görünüşünə baxmayaraq, balıq, həqiqətən, dadlı idi. Əti bir az cod olsa da, dadlıdır”.

aia.az



5128 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-10-2019
15-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031