Mobil versiya
“Ordumuz ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir” - General-leytenant
Tarix: 17-09-2019, 11:06 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

“Ordumuz ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir”


"Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir"
Azvision.az xəbər verir ki, bunu Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev deyib. General-leytenant bildirib ki, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir:

"Ali Məclis sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Məhz 2018-ci ilin may ayında Günnüt əməliyyatının uğurla nəticələnməsi bunun bariz nümunəsidir. Qazanılan nailiyyətlərin əsasında ilk növbədə vətənpərvərlik hissləri dayanır. İyunun 7-dən 11-dək Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunmasında şəxsi heyətin döyüş ruhu və peşəkarlığı əsas rol oynayıb".


aia.az



584 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031