Mobil versiya
Bakıda polisləri yandırmaq istəyən şəxs tutuldu
Tarix: 17-09-2019, 10:54 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

Bakıda polisləri yandırmaq istəyən şəxs tutuldu


Sabunçu rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə, habelə polis əməkdaşlarına müqavimət göstərməkdə şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsindən aia.az -a verilən birgə məlumatda qeyd olunur ki, sentyabrın 15-də Rasim Əhmədlinin keçmiş arvadı Aynurə Məmmədzadəni yaşadığı evə gedib özü ilə gətirdiyi plastik qabda olan ağ neft məhlulunu sonuncunun üzərinə tökərək yandırmağa cəhd etməsi, daha sonra isə onu sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmağa cəhd etməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. R.Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

aia.az



599 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031