Mobil versiya
Pilotun xanımının adına saxta profil açılıb: “Kimdirsə, pul toplayır”
Tarix: 13-09-2019, 09:39 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Pilotun xanımının adına saxta profil açılıb:



Sosial şəbəkələrdə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb.

Azvision.az xəbər verir ki, bu barədə pilotun xanımı özü məlumat verib.
"Mənə indi məlumat verilib ki, adımdan sosial şəbəkələrdə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən heç bir sosial şəbəkədən istifadə etmirəm və digər adlarla səhifələr yaratmamışam. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, həmin saxta adlı insanları ifşa edin"-, deyə K.Hüseynova bildirib.

Pilotun qardaşı Nicat Atakişiyevin sözlərinə görə, kimsə Rəşad Atakişiyev haqqında yanlış fikir formalaşdırmaq istəyir və insanların sevgisindən istifadə etməyə çalışır.

"Kimsə Könül xanımın adına saxta profil açıb. Kimdirsə Rəşadın adından istifadə edərək pul toplayır. Bu insanı axtarıb taparıq".


aia.az



5123 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031