Mobil versiya
Azərbaycanda infrastruktur obyektləri və yaşayış binalarının tikintisi ilə bağlı YENİ TƏLƏBLƏR qoyuldu
Tarix: 13-09-2019, 09:37 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda infrastruktur obyektləri və yaşayış binalarının tikintisi ilə bağlı


Nazirlər Kabineti “İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət Qaydası”nı təsdiq edib.

Trend-in məlumatına görə, qaydaya əsasən, əlilliyin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün infrastrukturun və yaşayış binalarının əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi və əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması istiqamətində nəzarət həyata keçiriləcək.

İnfrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olması məqsədilə layihələndirmə üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsinə, mütəmadi olaraq yeniləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına nəzarət Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçiriləcək.

Həmin sənədlərdə əlilliyi olan şəxslərin yaşayış binalarından, o cümlədən pilləkənlərdən, pilləkən qəfəslərindən, çıxış və girişlərdən, dəhlizlərdən, açıq keçidlərdən, rampalardan, liftlərdən, mənzillərin giriş qapılarından rahat və təhlükəsiz istifadə edə bilməsi nəzərə alınmalıdır. Yaşayış binalarının və infrastruktur obyektlərinin, o cümlədən yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial obyektlərin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmasına dair tələblər həmin binaların və obyektlərin layihələndirilməsi zamanı layihəçi tərəfindən nəzərə alınmalıdır.

Yeni qayda İstismarda olan yaşayış binalarının və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarətin həyata keçirilməsini də nəzərdə tutur. İnfrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. İnfrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasını təmin etmək məqsədilə yerli icra hakimiyyət orqanları tərəfindən yarımildə ən azı 1 (bir) dəfə monitorinqin aparılması təmin ediləcək.

Monitorinq zamanı müvafiq infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması məqsədilə həmin obyektlərə vizual və ya tələb olunduğu hallarda instrumental baxışlar keçirilərək, obyektlərin mövcud vəziyyətinin qiymətləndirilməsi həyata keçiriləcək. Monitorinqin nəticələri əsasında əlilliyi olan şəxslərin tələbatını ödəməyən obyektlərin və binaların siyahısı və tələb olunduğu hallarda həmin obyektlərə və binalara dair yenidənqurma işlərinin aparılması ilə bağlı təkliflər hazırlanacaq.


aia.az



593 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-11-2019
15-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930