Mobil versiya
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərə bu ərazilərdə avtobus saxlamağa icazə verilməyəcək
Tarix: 12-09-2019, 17:21 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərə bu ərazilərdə avtobus saxlamağa icazə verilməyəcək


Yeni dərs ilinin başlanması ilə əlaqədar Sumqayıtdan Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərin nəzərinə çatdırır ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü m\r dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək.

DİN Baş DYP İdarəsindən aia.az-a verilən məlumata görə, belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.

Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar".


aia.az



575 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30