Mobil versiya
Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır (FOTO)
Tarix: 12-09-2019, 10:30 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır


Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az-a verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası - İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


aia.az



534 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30