Mobil versiya
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş
Tarix: 11-09-2019 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

Bakıda avtobus dayanacağının yeri dəyişdirildi


Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən aia.az-a bildirilib ki, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırdı. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcəkdir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024