Mobil versiya
Bakıda görkəmli Azərbaycanlı alimin xatirəsinə həsr olunmuş beynəlxalq konqres öz işinə başlayıb
Tarix: 11-09-2019, 16:50 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Bakıda görkəmli Azərbaycanlı alimin xatirəsinə həsr olunmuş beynəlxalq konqres öz işinə başlayıb



Bu gün Azərbaycan Tibb Universitetində (ATU) XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi öz işinə başlayıb. Konqres Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin mərhum sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub.

İlk növbədə qeyd etmək istərdik ki, son illər Azərbaycan artıq ən müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə çox böyük uğurla ev sahibliyi edir. O cümlədən XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi də dövlət səviyyəsində dəstəklənən bir mötəbər forum kimi iştirakçıların yaddaşında qalacaqdır. Elmi cəmiyyətə üzv olan 25 ölkədən 160 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirə Səhiyyə naziri Oqtay Şirəliyevin təbrik ünvanlaması faktı da bu tədbirin xüsusi əhəmiyyət kəsb etməsinin daha bir göstərisidir. Qeyd edək ki, həmin təbriki konqres iştirakçılarının diqqətinə səhiyyə nazirinin müavini Elsevər
Ağayev oxuyaraq çatdırmışdır.



Daha sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli konqres iştirakçılarına müraciətlə çıxış etmişdir. Öz çıxışında professor Gəray Gəraybəyli Azərbaycanın son illər ərzində səhiyyədə əldə etdiyi uğurlardan bəhs etmişdir.

Açılış nitqlərindən sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib.

Açılışdan sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək tədbirlə bağlı aşağıdakı fikirlərini səsləndirib: “Bu konqres ölkəmizin səhiyyə ictimaiyyəti adına çox mühüm hadisədir. Burada dünyada tanınmış mütəxəssislər iştirak edir. Bu konqreslərin keçirilməsində akademik Böyükkişi Ağayevin böyük rolu var. Şahidiyəm ki, o, bu cür mürəkkəb məsələlərə necə ciddi yanaşırdı. Təəssüflər olsun ki, bugünkü konqresi Böyükkişi Ağayevsiz keçiririk. Bu konqresin də onun xatirəsinə həsr olunması onun ən böyük haqqıdır.”
Daha sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, professor Hasan Özkan çıxış edərək dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb.



Tədbirdə Böyükkişi Ağayevin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.

Azərbaycan Cərrah Qostroentoloqlar İctimai Birliyinin sədri professor, konqresin sədri Rauf Ağayev əməkdaşımıza verdiyi eksklüziv müsahibəsində bugünkü XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin əsas məqsədinin dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətlər barədə apardıqları fikir mübadiləsinin praktikalarına tətbiq edilməsinə nail olmaq olduğunu bildirib. Rauf Ağayev həmçinin əməkdaşımıza məlumat verib ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərinin milli konqresindəki görüşü zamanı qoyulub. Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak edib. Maraqlıdır ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin indiyədək 17 konqresi keçirilib. Bu beynəlxalq tədbirlərin 7-nə Azərbaycan ev sahibliyi edib.



Qeyd edək ki, sentyabrın 14-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq.Avstraliya, Amerika və Türkiyədən gələn mütəxəssislər qaraciyər transplantasiyasına aid olan təcrübələri haqqında danışacaqlar. Eyni zamanda dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışlar nəzərdə tutulub.

Konqres ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.


aia.az
Abbas Abbasov










5118 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30