Mobil versiya
Hamiləlik zamanı qan azlığı hansı fəsadlar verə bilər? - HƏKİM RƏYİ
Tarix: 10-09-2019, 09:24 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Hamiləlik zamanı qan azlığı hansı fəsadlar verə bilər?


Son dövrlərdə uşaqlar və hamilə qadınlar arasında anemiya problemi artıb. Aparılan araşdırmalara görə, hamilə qadınlar arasından anemiyanın yayılması 40,4 faizə çatıb.

Qan azlığı, dəmir çatışmazlığı kimi problemlər hamiləlik dövründə nə kimi fəasadlar verə bilər? Doğulacaq körpənin sağlamlığına nə kimi risklər mövcuddur?

Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Oxu.Az-a açıqlamasında qadınların hamiləlik dövründə yoxlamalara diqqət etməli olduqlarını vurğulayıb:

"Ümumiyyətlə, anemiyanın müxtəlif növləri olduğu kimi, müalicə metodları da fərqlidir. Anemiya qan azlığıdır. Bu gün analığa namizədlər hamiləlik dövründə ən azı 3 dəfə qanın ümumi analizini verməlidir. Əgər qanda hər hansı bir dəyişiklik, xəstəlik varsa,3 dəfə yox, daha artıq yoxlanılmalıdır. Normada hemoqlobinin miqdarı 12-16 q/l qədər normal hesab edilir. ÜST-nın göstəricilərinə görə, əgər hemoqlabin səviyyəsi 12-dən aşağıdırsa, bunu anemiya hesab etmək olar. Azərbaycanda milli kliniki protokol var ki, bizim qadınlarımız üçün 10 q/l-dən aşağı anemiya kimi, 9 q/l-dən aşağı göstəricilər isə hemotoma kimi qiymətləndirilir. Bu şərtlərdə mütləq şəkildə müayinəyə ehtiyac var".

Hamiləlik dövründə müşahidə edilən qan azlığı ana bətnində dölün inkişafdan qalmasına da gətirib çıxara bilər:

"Hamiləlik dövründə anemiya hamiləliyin vaxtından əvvəl sonlanması ilə nəticələnə bilər. Uşaq çəkidə, boyda inkişafdan qala bilər. Eyni zamanda anemiya ilə müşahidə edilən hamiləlikdə doğum zamanı qanaxmaya meylilik daha çox olur. Çünki hemoqlabin səviyyəsi normal olan qadın üçün doğuş zamanı qan itirmək heç bir problem yaratmır. Amma qan azlığı olan qadın doğum prosesində qan itirərsə, damar spazmları, trombozlar, damar daxili laxtalanmaya qədər gətirib çıxara bilər.

Eyni zamanda anemiyalı qadınların immun sistemləri çox aşağı olduğundan, bədən müqavimət göstərə bilmir və onlar müxtəlif infeksion xəstəliklərə daha tez yoluxur. Belə ki, müşahidələr zamanı anemiyalı analardan doğulan uşaqlarda anadangəlmə azçəkililik, immun problemi ilə yanaşı, əqli zəiflik də müşahidə olunur".

aia.az



551 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30