Mobil versiya
İtkin düşən Xaçmaz sakini Qubada tapıldı
Tarix: 9-09-2019, 17:06 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

İtkin düşən Xaçmaz sakini Qubada tapıldı


Sentyabrda itkin düşən 25 yaşlı Xaçmaz sakini Qubada tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini 25 yaşlı Cavid Səbzəliyev sentyabr ayının 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb. Gəncin gecə saatlarında evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq onun tez bir zamanda tapılması üçün ətraf rayonlarında yerləşən rayon polis şöbələrinə bu barədə məlumat verilib.

Gecə saatlarında Quba Rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində polis əməkdaşları gecə saat 03:30 radələrində itkin düşmüş hesab olunan şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. Oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, RPŞ-yə dəvət olunublar və C.Səbzəliyev ailəsinə təhvil verilib.

Gəncin valideynləri övladlarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.


aia.az



591 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30