Mobil versiya
Unibankın yağışdan çıxıb yağmura düşən müştərisi
Tarix: 30-01-2016, 15:34 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Unibankın yağışdan çıxıb yağmura düşən müştərisi

Portalımızın 27 yanvar buraxılışında “ Unibank- müştərini aldadan bank “ başlığı altında verdiyimiz yazıda müştəri Əsmər Abdulovanın bank tərəfindən necə aldadıldığından bəhs etmişik. Vətəndaşların addımbaşı belə hallarla rastlaşdığını və mövzunun aktuallığını nəzərə alıb, Abdulovanın başına gələn olayı axıra qədər izləməyə və işıqlandırmağa qərar verdik.

Birinci dəfə belə halla üzləşən Ə. Abdulova əvvəlcə nə edəcəyini bilmir. Buna görə də ona məhkəmədən yollanmış məktubda qeyd olunmuş əlaqə telefon nömrəsini yığır. Prosedur qaydaları öyrənmək istəyir. Ona bir kişi cavab verir. Əsmər xanım soruşur ki, mənə məhkəmədən bankla bağlı məktub yollanıb, mən də cavabında etiraz məktubu yazmışam. Qaydaları bilmək istəyirəm. Telefona cavab verən şəxs ona deyir ki, bu telefon söhbəti deyil bura gəlməlisiz dəstəyi asır və telefonu avtocavablandırıcıya qoyur. Əsmər xanım ona məktub yollayan hakim İlqar Məmmədovun orda olub olmadığını bilmək istəyir. Bu mümkün olmur.

Ə. Abdulova məktubu da götürüb məhkəməyə üz tutur. Nahar fasiləsindən 20 dəqiqədən çox keçməsinə baxmayaraq hakim İlqar Məmmədovun otağı hələ də bağlı idi. Əsmər Xanım gözləmək məcburiyyətində qalır, fürsət tapıb ora gələn vətəndaşlarla da söhbət edir. Bir qadın vətəndaş söhbət əsnasında bildirir ki, mən də Unibankdan bacımın adına kredit götürmüşdüm. Eynilə sizin kimi nə qədər ödəniş edirdim azalmaq bilmirdi. Bankla bizim də aramızda çox çəkişmə oldu, axrı məcbur olub bir yerdən borc tapıb onu birdəfəlik bağlamalı oldum. Bank of Bakuya isə 6 aydı ödəniş edə bilmirəm. Zəng vururlar deyirəm ki gəlin evimdən nə istəyirsiz aparın, ödəniş edə bilmirəm.

Nahar fasiləsindən yarım saat keçəndən sonra 2 qadın işçi nəhayət ki, İlqar Məmmədovun otağının qapısını açır. Beş dəqiqədən sonra çox yaşlı bir qadın içəri keçib sual vermək istəyir. İşçi ona-“Nənə qoy saçımı düzəldim sonra səninlə danışaram.” deyir. Xeyli keçəndən sonra Əsmər xanım həmin işçidən soruşur ki, hakim İlqar Məmmədov burdadı?? Katibə xanım cavab verir ki yox. Bəs elə isə mən zəng vurmuşdum onun nə vaxt olacağını bilmək istəyirdim işçiniz danışığı yarımçıq kəsdi. Katibə cavab verirki sizinlə danışan İlqar məllimin özü olub. O təsadüfi hallarda telefona cavab verir. Əsmər xanım cavabımda mənim ona bəzi suallarım var idi. Qız da ona bildirir ki İlqar müəllim suallara cavab vermir. Təbii ki, Əsmər xanım əsəbləşir - İlqar müəllim vətəndaşa məktub ünvanlaya bilir sualları cavablandıra bilmir? deyir

Nəisə Abdulovanın suallarına hakim İ.Məmmədovun köməkçizi cavab verir. Məhkəmə əmrinin ləğv olunması üçün etiraz ərizəsini məhkəməyə yazıb iddia

icraatına göndərməyi məsləhət verir və axırda qeyd edir ki, narahat olmayın, əhalinin 90 faizi elə sizin vəziyyətinizdədir.

Məhkəmə binasından çıxanda saat 15 00 idi. Hakim İlqar Məmmədov hələ də gəlməmişdi. Yağışda islanan Abdulova yağmura üz tutduğunu anlayır. ( ardı var)

Rövşən Şirxanlı



5532 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930