Mobil versiya
Azərbaycanda hərbi zavodda partlayış
Tarix: 06-07-2015 | Saat: 14:32
Bölmə:Gündəm / Cəmiyyət / Manşet | çapa göndər


İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda yanğın və partlayış baş verib.

Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, zavodda yanğın baş verib. Yanğın günorta saatlarında başlayıb.

Hələlik hadisənin təfərrüatları bəlli deyil. Növbətçi hissədən verilən məlumata görə, idarənin əməkdaşları hazırda hadisə yerindədir.

“Bizdə olan məlumata görə, yaralaılar var. Ölüm haqqında isə heç bir informasiya yoxdur. Hadisə yerində təcili yardım briqadaları, polis və prokurorluq əməkdaşları işləyir".

İlkin məlumata görə, yanğın nəticəsində yaralananların sayı 20-yə yaxındır.

Hadisə barədə ətraflı məlumat veriləcək.

ANS PRESS-in virtualaz.org-a istinadla verdiyi məlumata görə, Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024